×
A
A
A
Sazlamalar

Dörd ayda Bakıda inşaat işlərinin 86,2 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

Bakı, 3 iyun, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,7 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 20,3 faizini isə digər tikinti işləri təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ümumi inşaat işlərinin 86,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Tikinti̇ 2019-06-03 18:31:00