Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haedən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə dost Azərbaycanın hökumətinə və xalqına səmimi təbriklərimi qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixə malik ənənəvi dostluq və əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının istək və arzularına uyğun olaraq daha möhkəmlənəcək və inkişaf edəcək.
Sizə ölkənizin xalqının firavanlığı və rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.
Hörmətlə,
Çoe Ryonq Hae
Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri.
Filippin Respublikasının Prezidenti Ferdinand Markosdan
Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə
Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən