×
A
A
A
Sazlamalar

Azərbaycanda “Startap şəhadətnamələri”nin verilməsinə başlanılacaq

Bakı, 3 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

Yaxın günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək "Startap şəhadətnamələri”nin verilməsinə başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Made in Azerbaijan”: İnnovasiyalar və Texnologiyalar” forumundakı çıxışında KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, innovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi, inkişaf etdirilməsi KOBİA-nın əsas prioritet hədəflərindən biridir: “Bu məqsədlə innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilatı modellərin yaradılması və səmərəli fəaliyyətin təmin olunması üzrə tədbirlər nəzərdə tutulub".

İKT 2019-06-03 12:24:00