Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 3 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat, enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi.

Rəsmi xronika 2019-06-03 11:22:00

Video