×
A
A
A
Sazlamalar

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

Bakı, 3 iyun, AZƏRTAC

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert iyunun 4-də təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, solisti Eldəniz Ələkbərzadə olan konsertdə dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət ediləcək.
Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan Akademik Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim olunur.

 

Musiqi 2019-06-03 10:54:00