×
A
A
A
Sazlamalar

Pantomima Teatrında “Qoca və Mələk” nümayiş olunacaq

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 9-da Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Qoca və Mələk” tamaşası təqdim ediləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.
Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Teatr və kino 2019-06-01 10:52:00