×
A
A
A
Sazlamalar

“YUĞ”un hazırladığı yeni tamaşaya ictimai baxış olub

Bakı, 1 iyun, AZƏRTAC

“YUĞ” Dövlət Teatrında H.İbsenin “Vahimə” pyesi əsasında səhnələşdirilən “Vəsvəsə” tamaşasına ictimai baxış olub.
AZƏRTAC xəbər verir ki, birbölümlü səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı isə Əməkdar rəssam Rəşid Şərifdir.
Səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov, Elxan Abbasov, Vüqar Hacıyev, Oqtay Mehdiyev, Elgün Həmidov, Ləman Mərrih və Günel Səfərova ifa edib.
Tamaşanın premyerası yaxın günlərdə nəzərdə tutulur.

 

Teatr və kino 2019-06-01 10:18:00