×
A
A
A
Sazlamalar

Moldova Respublikasının Prezidenti İqor Dodondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı, sülh və firavanlıq diləklərimi qəbul edin.
Bu əlamətdar tarix Sizin ölkənizin qazandığı hərtərəfli uğurları, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun inamla yüksəlməsini qeyd etmək üçün xoş bir fürsətdir.
Əminəm ki, dövlətlərarası konstruktiv dialoqun inkişafı və birgə layihələrin ardıcıl reallaşdırılması ikitərəfli əlaqələrimizi zənginləşdirəcək və qarşılıqlı faydalı Moldova-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün yeni perspektivlər açacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının firavanlığı naminə yeni nailiyyətlər diləyir, Zati-alinizə böyük ehtiramıma əmin olmağınızı xahiş edirəm.
Hörmətlə,

 


İqor Dodon
Moldova Respublikasının Prezidenti

Məktublar 2019-05-31 18:22:00