×
A
A
A
Sazlamalar

Yaponiyada Regenerativ Təbabət Mərkəzi işə başlayıb

Tokio, 31 may, AZƏRTAC
Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasındakı Fuzita Tibb Universitetinin nəzdində Regenerativ Təbabət Mərkəzi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən mərkəzin nümayəndəsi onun fəaliyyətinin hələlik müalicəsi mümkün olmayan xəstəliklərə yönəldiləcəyini deyib.
Bildirilir ki, mərkəz əsasən hüceyrələrin toplanması və emalından başlamış onların yenidən xəsətənin orqanizminə qaytarılmasınadək mövcud prosesləri özündə birləşdirən hüceyrə və gen terapiyası üzrə ixtisaslaşacaq.
Burada, həmçinin ciddi ürək xəsətəlikləri və ciyərin serrozu ilə bağlı klinik tədqiqatlar da aparılacaq. Eyni zamanda, mərkəzdə xərçəngin müalicəsi zamanı gen terapiyasından istifadə də planlaşdırılır.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2019-05-31 08:30:00