×
A
A
A
Sazlamalar

İraq Respublikasının Prezidenti Bərham Salehdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi təbrik etməkdən sevinc duyur, bu fürsətdən istifadə edərək İraq Respublikasının müxtəlif sahələrdə xalqlarımızın mənafeyi naminə dost ölkələrimiz arasındakı əlaqələrin inkişafına və möhkəmlənməsinə olan istəyini təsdiqləyirəm.
Cənab Prezident, Sizə davamlı müvəffəqiyyətlər və möhkəm cansağlığı, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram.
Ən dərin hörmətlə,

 


Bərham Saleh
İraq Respublikasının Prezidenti

Məktublar 2019-05-30 18:07:00