×
A
A
A
Sazlamalar

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm.
Hörmətlə,

 

II Abdullah ibn Al Hüseyn
İordaniyanın Kralı

Məktublar 2019-05-30 15:19:00