×
A
A
A
Sazlamalar

Uşaq Filarmoniyası növbəti konsertə hazırlaşır

Bakı, 30 may, AZƏRTAC

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 1-də reallaşacaq konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Konsert çərçivəsində respublika və beynəlxalq müsabiqələr laureatı olan ifaçılar Azərbaycan, rus və Qərbi-Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

Musiqi 2019-05-30 14:07:00