×
A
A
A
Sazlamalar

İçərişəhərdə növbəti sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq

Bakı, 30 may, AZƏRTAC

İyunun 3-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin hesabat sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
İyunun 5-dək davam edəcək sərgidə 30-dan çox fırça ustasının 40-dək sənət əsəri nümayiş ediləcək.
2010-cu ildən fəaliyyət göstərən “Art School” məktəbi “Arts Council Azerbaijan” təşkilatının nəzdində gənc rəssamların inkişafı üçün yaradılıb. Məktəbin rəhbəri Sona Quliyevadır.

 

İncəsənət 2019-05-30 12:00:00