×
A
A
A
Sazlamalar

Milli Dram Teatrı azyaşlı tamaşaçılarını sevindirəcək

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti 1 iyun - Beynəlxalq Uşaqlar Günü münasibətilə azyaşlı tamaşaçılarını sevindirəcək.
AZƏRTAC xəbər verir ki, iyunun 1-də təqdim ediləcək “Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşasının rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.
Quruluşçu rejissoru Anar Sadıqov olan tamaşada aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnur Qədirov, Elçin Hacıyev, Vüsal Mustafayev, İmran Qurbanov, Əlvida Cəfərov, Xədicə Novruzlu, Fəridə Şahbazova, Rüstəm Rüstəmov, Ziya Ağayev, Vüsal Məmmədov, Mehriban Xanlarova, Əminə Cəfərova və Ləman Fərmanlı iştirak edəcək.

Teatr və kino 2019-05-30 09:55:00