×
A
A
A
Sazlamalar

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq.
Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına davamlı tərəqqi və rifah, həmçinin ölkələrimizin ikitərəfli əlaqələrinin gələcək illərdə daha da inkişaf etməsini arzulayıram.
Sizə ən yüksək ehtiramla,

 


Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani
Qətər Dövlətinin Əmiri

Məktublar 2019-05-29 18:01:00