×
A
A
A
Sazlamalar

Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərəcək

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı iyunun 2-də balacalar üçün “Fəlakət və İnsan”nı növbəti dəfə göstərəcək.
AZƏRTAC xəbər verir ki, Xalq artisti Bəxtiyar Xanızadənin müəllifi olduğu əsər əsasında səhnələşdirilmiş eyniadlı tamaşa maarifləndirici xarakter daşıyır.
Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərir.

Teatr və kino 2019-05-29 17:36:00