×
A
A
A
Sazlamalar

Daşkənddə Azərbaycanın milli bayramı münasibətilə tədbir təşkil olunub

Daşkənd, 29 may, АZƏRTAC

Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi 28 May - Respublika Günü münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, diasporumuzun fəal üzvləri, digər diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.
Mərkəzin rəhbəri Firdovsi Hüseynov bildirib ki, cəmi 23 ay yaşayan, Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm addımlar atıb, dövlət atributlarını yaradıb, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurub.
Azərbaycan diasporunun üzvü İsmayıl Məmmədov deyib ki, 1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, neft strategiyası həyata keçirildi, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyuldu.
Sonra “İstiqlal” sənədli filmi nümayiş etdirilib, tədbir konsert proqramı ilə başa çatıb.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Diaspor 2019-05-29 17:37:00