×
A
A
A
Sazlamalar

Azərbaycanda startaplara sertifikatların verilməsi mexanizmləri hazırlanır

Bakı, 29 may, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanda startaplara sertifikatların verilməsinə dair mexanizmlər hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, ölkədə startapların vergilərdən azad olunması üçün onlar “Startap sertifikatı” əldə etməlidirlər. Hazırda “Startap sertifikatı”na dair yeni mexanizmlərin hazırlanması üzrə iş aparılır.

İKT 2019-05-29 16:46:00