® “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək
"Nar" 2019-cu il ərzində bir çox xidmətlər və məhsullar üzrə müştəri məmnuniyyətini daha da yaxşılaşdıracaq və növbəti pilləyə qaldıracaq yeniliklər edəcək.
Bunu "Nar"ın marketinq üzrə direktoru Qəhrəman Kazımov deyib.
"Nar"ın qarşıdakı planları barədə məlumat verən Q.Kazımov bildirib ki, mobil operator bütün ölkə əhalisinin 4G internetinin sürətindən və rahatlığından faydalanması üçün şəbəkəsini daha da genişləndirməyi, xüsusilə də 4G şəbəkəsini hazırda tətbiq olunmayan regionlara penetrasiya etməyi nəzərdə tutub.
Q.Kazımov qeyd edib ki, 2019-cu il üçün ən mühüm planlardan biri satış şəbəkəsində ediləcək dəyişikliklərdir: "Ümumilikdə 2019-cu ildə diler şəbəkəmizi daha müasir, geniş, eyni zamanda, müştəri təcrübəsini daha da artıracaq kanala çevirmək kimi planımız var. Bunu, ilk növbədə, regionlarda yaşayan müştərilərimizə də şamil edirik. Bu gün "Nar" xidmət mərkəzlərinin və dilerlərinin mövcud olmadığı regionlarda yeni dükanların açılması nəzərdə tutulur. Eləcə də, diler şəbəkəsinin funksionallığının artırılması baxımdan xeyli işlər görüləcək".
Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühitini dəyərləndirən Q.Kazımov deyib ki, həm şəbəkə keyfiyyəti, həm müştəri məmnuniyyəti, həm də bazara təqdim olunan məhsullar və onların qiymətləri ilə bağlı güclü rəqabət var. Hazırda "Nar"ın bazardakı mövqeyi güclənməkdədir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb