×
A
A
A
Sazlamalar

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktumdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və rifah arzu edirəm.
Dərin hörmət və ehtiramla,

Məhəmməd bin Rəşid Al Məktum,
Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti,
Baş naziri və Dubayın hökmdarı

Məktublar 2019-05-28 15:00:00