Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Vyetnam Hökuməti və xalqı adından ən xoş təbriklərimi çatdırmaq istəyirəm.
Cənab Prezident, Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada rolunun artmasından və mövqeyinin möhkəmlənməsindən, xalqınızın qazandığı böyük sosial-iqtisadi uğurlardan məmnunluq hissi keçiririk.
Vyetnam xalqlarımızın maraqları naminə ölkələrimizin liderləri və xalqları tərəfindən uzun illər ərzində yaradılmış və inkişaf etdirilmiş səmərəli əlaqələrimizi bütün sahələrdə hər zaman təqdir edərək gücləndirmək niyyətindədir.
Son zamanlar Vyetnam-Azərbaycan əməkdaşlığının nəticələrini yüksək qiymətləndirirəm. Mən tam əminəm ki, ölkələrimizin liderlərinin güclü siyasi iradəsi və birgə səyləri sayəsində Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətləri və əməkdaşlıq ölkələrimizin inkişafına, bölgədə və dünyada sülhə, sabitliyə və rifaha əhəmiyyətli dərəcədə töhfə verməklə səmərəli şəkildə genişləndiriləcəkdir.
Mən Azərbaycanın daim firavan olmasını arzulayıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Nquyen Fu Çonq
Vyetnam Sosialist Respublikasının Prezidenti

Məktublar 2019-05-28 14:46:00