Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.
İcazə verin, Respublika Günü münasibətilə şəxsən Sizi və bütün qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edim.
Müasir Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Sizin müdrik rəhbərliyiniz və parlaq diplomatik istedadınız sayəsində respublika regional səviyyədə öz liderliyini ildən-ilə möhkəmləndirir, beynəlxalq arenada mövqeyini yüksəldir. Multikulturalizm nümunəsi olan Azərbaycan dünyada vəziyyətin sabitləşməsində mühüm rol oynayır. Bu baxımdan, ölkənizin Rusiya ilə strateji xarakter daşıyan və xalqlarımızın bütün tarixi ərzində planlı şəkildə inkişaf edən qədim dostluq əlaqələrini xüsusi qeyd etmək istərdim.
Bu əlamətdar gündə şəxsən Sizə səmimi qəlbdən möhkəm cansağlığı və tükənməz enerji, səmərəli dövləti fəaliyyətinizdə yeni parlaq uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Dmitri Savelyev
Rusiya Federasiyası Dövlət Dumasının deputatı,
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri

Məktublar 2019-05-28 14:33:00