×
A
A
A
Sazlamalar

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
Bu gün Azərbaycan inkişaf və quruculuq yolunda inamla irəliləyir, öz iqtisadi və turizm potensialını fəal surətdə reallaşdırır, ən yüksək səviyyəli beynəlxalq tədbirləri uğurla keçirir.
Həyatın bir sıra sahələrində sanballı nəticələr əldə etmiş respublikanız öz zəngin və bənzərsiz mədəniyyətini qoruyub saxlayır, xalqlarımızın çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrini zənginləşdirir.
Dağıstan ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə böyük şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzularımı qəbul edin.
Dərin hörmətlə,
Vladimir Vasilyev
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri

Məktublar 2019-05-28 14:09:00