×
A
A
A
Sazlamalar

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.
Azərbaycanımızın 28 May – Respublika Günü münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından ürəkdən təbrik edirəm.
Bu gün biz türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın bütün sahələrdə böyük inkişafına, Sizin rəhbərliyinizlə ölkənin bütün şəhər və bölgələrində, o cümlədən Dağlıq Qarabağdakı torpaqların geri qaytarılacağının rəmzi olan Cocuq Mərcanlıda xalqın rifahı naminə aparılan quruculuq işlərinə sevinir və bununla fəxr edirik.
İnanıram ki, türkdilli ölkələr arasında mövcud olan əməkdaşlıq Sizin hərtərəfli dəstəyiniz sayəsində daha da inkişaf edəcək və güclənəcəkdir. Sizin təşəbbüsünüzlə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bir beynəlxalq təşkilat kimi hər zaman ortaq dəyərlərimizin qorunması və dünyada təbliğ olunması istiqamətində səylərini davam etdirəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, Azərbaycanın inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Məktublar 2019-05-28 14:05:00