×
A
A
A
Sazlamalar

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə təbrik edirəm. İcazə verin, Sizə ölkənizin və xalqınızın rifahı və firavanlığı üçün ən xoş arzularımı çatdırım.
Zati-alinizin səyahət və turizm sahəsinə şəxsi dəstəyi, ölkənizin turizmə davamlı sosial-iqtisadi inkişaf vasitəsi və Azərbaycanın dünya turizmində güclü bir brend kimi formalaşmasına verdiyi önəmi xüsusi vurğulayıram.
Dünya Turizm Təşkilatının Sizin fəaliyyətinizə daimi dəstəyinə əmin ola bilərsiniz. İnanıram ki, gələcək illərdə Azərbaycan və Dünya Turizm Təşkilatı arasında mövcud olan mükəmməl əlaqələr daha da inkişaf edəcək və genişlənəcək. İyunun 16-18-də Bakıda keçiriləcək Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında iştirakınızla bizə şərəf verməyinizi səbirsizliklə gözləyirəm.
Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Zati-alinizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,

 


Zurab Pololikaşvili
Dünya Turizm Təşkilatının Baş katibi

Məktublar 2019-05-27 20:08:00