×
A
A
A
Sazlamalar

® “Nar” “Youth Speak” forumunda iştirak edib

Gənclərin inkişafına hər zaman xüsusi diqqət ayıran "Nar" mayın 26-da Bakı Ali Neft Məktəbində keçirilmiş "Youth Speak" beynəlxalq forumunda iştirak edib.
Dünyanın 100-dən çox ölkəsində, eləcə də Bakıda keçirilən forum Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi məqsədilə təşkil olunub və daha çox insanın, xüsusilə də gənclərin bu məqsədlər haqqında məlumatlılığını artırmağı hədəfləyir. Dayanıqlı inkişaf dedikdə, gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur. Qeyd edək ki, forum "AIESEC Azerbaijan" və Gənclər Fondunun dəstəyi ilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə töhfə vermək məqsədilə keçirilib.
Forumda rəsmi spiker qismində iştirak edən "Nar"ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov "Layiqli Əmək və İqtisadi Artım" mövzusunda çıxış edərək gənclərlə uğurlu karyera qurmağın yollarını müzakirə edib və davamlı şəxsi inkişafın bu istiqamətdəki əhəmiyyətini vurğulayıb.
"Youth Speak" forumunda, həmçinin "Gender Bərabərliyi" və "İnnovasiyalar" mövzusunda da müxtəlif peşələri təmsil edən mütəxəssislər tərəfindən təqdimatlar edilib. Qeyd edək ki, gənclərə, təhsilə dəstək vermək "Nar"ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

İKT 2019-05-27 17:24:00