×
A
A
A
Sazlamalar

Bu yollarda təmir və rənglənmə işləri aparılacaq

Bakı, 27 may, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Qala-Pirallahı avtomobil yolunda avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, mayın 27-28-də saat 22:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov, Məmmədəmin Rəsulzadə və Şıxəli Qurbanov küçələrində, həmçinin Azərbaycan prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-05-27 15:55:00