×
A
A
A
Sazlamalar

“Qürbətdən gələn məktublar” maraqla qarşılanıb

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dram – “Qürbətdən gələn məktublar” tamaşası nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, tamaşaya Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda baxılıb.
Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əjdər Həmidov, Əməkdar artistlər Kazım Abdullayev, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edib.
Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrın səhnəsində 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundov obrazını ilk dəfə mərhum aktyor, Xalq artisti Əliabbas Qədirov canlandırıb.

Teatr və kino 2019-05-27 13:12:00