×
A
A
A
Sazlamalar

Giqi Uqulava: Biz Azərbaycanla bütün məsələləri dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında həll etməliyik

Tbilisi, 26 may, AZƏRTAC

Azərbaycan Gürcüstanın yaxın qonşusu, dostu və strateji tərəfdaşıdır. Hesab edirəm ki, ölkələrimiz arasında yaranan bütün problemlər məhz bu dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında həll olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Gigi Uqulava səsləndirib. Müxalifət lideri qeyd edib ki, iki ölkə arasında sərhədlə bağlı məsələ uzun illərdir həll olunmayıb. İndiki hakimiyyət dövründə məsələ bir qədər “ciddi” xarakter alıb.
G.Uqulava deyb: “Amma biz unutmamalıyıq ki, Azərbaycan bizə dost ölkə və strateji tərəfdaşdır. Biz azadlıq və müstəqilliyimiz uğrunda birgə mübarizə aparırıq. Buna görə də Azərbaycanla dost kimi danışmalıyıq”.
Onun sözlərinə görə, sərhədlə bağlı birgə komissiyanın effektiv olması üçün danışıqlar yüksək səviyyədə aparılmalıdır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2019-05-26 20:05:00