Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanda Müstəqillik Günü qeyd olunub

Tbilisi, 26 may, AZƏRTAC

Mayın 26-da Gürcüstanda ilk müstəqil respublikanın qurulmasının 101-ci ildönümü geniş qeyd olunub.
AZƏRTAC xəbər verir ki, paytaxt Tbilisi ilə yanaşı, ölkənin bütün bölgələrində Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçirilib. Əsas tədbir paytaxt Tbilisidəki Azadlıq meydanında və mərkəzi Rustaveli prospektində təşkil olunub. Şəhər sakinlərinə və qonaqlara müxtəlif sərgilər, konsert proqramları, əyləncəli oyunlar, teatr tamaşaları təqdim edilib.
Azadlıq meydanında keçirilən rəsmi tədbirdə Prezident Salome Zurabişvili, Baş Nazir Mamuka Baxtadze və başqaları çıxış edərək xalqı bayram münasibətilə təbrik ediblər. Meydanda hərbi çağırışçıların andiçmə mərasimi keçirilib.
Bayram tədbirləri çərçivəsində yerli vaxtla saat 17:10-da bütün ölkə ərazisində - mərkəzi meydan və parklarda, ictimai nəqliyyatda Gürcüstanın dövlət himni ifa olunub. Eyni zamanda, dövlət himni Zuqduqi, Qori, Telavi, Ambrolauri şəhərlərində, rayon mərkəzlərində, Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars sərhəd keçid məntəqəsində də oxunub.
Gürcüstanın Müstəqillik Günü ölkənin xaricdəki diplomatik nümayəndəliklərində də müxtəlif mərasimlərlə qeyd edilir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-05-26 19:25:00