×
A
A
A
Sazlamalar

Milli Kitabxanada "Vəli Xuluflu-125" adlı kitab sərgisi açılıb

Bakı, 26 may, AZƏRTAC

Bu gün Milli Kitabxanada Azərbaycanın görkəmli ziyalılarından biri, folklorşünas alim Vəli Məmmədhüseyn oğlu Xuluflunun anadan olmasının 125 illiyi münasibətilə sərgi açılıb.
Milli kitabxanadan AZƏRTAC-a bildiriblər ki, "Vəli Xuluflu-125" adlı sərgidə alimin Azərbaycan və xarici dillərdə çap olunmuş əsərləri, redaktoru olduğu və tərcümə etdiyi, haqqında yazılmış kitablar, dövrü mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.

Mədəniyyət 2019-05-26 19:09:00