×
A
A
A
Sazlamalar

Türkiyə qanunsuz miqrasiyaya qarşı tədbirləri gücləndirir

Ankara, 26 may, AZƏRTAC

Türkiyə hökuməti qanunsuz miqrasiyanın qarşısını almaq üçün həyata keçirdiyi tədbirləri gücləndirməkdə davam edir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Nazir bildirib ki, Türkiyə ərazisinə 2019-cu il ərzində qanunsuz yolla 41 min 192 nəfər əfqanıstanlı qaçqın daxil olub. Onların 20 min 558 nəfəri öz ölkəsinə geri qaytarılıb.
Bundan başqa, Türkiyə ərazisində müvəqqəti məskunlaşmış suriyalılardan 329 min nəfəri Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi antiterror əməliyyatları nəticəsində təhlükəsizliyi təmin olunan bölgələrə qayıdıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-05-26 18:44:00