×
A
A
A
Sazlamalar

Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb

Bakı, 26 may, AZƏRTAC
Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, böyüklərdən ibarət aerodans komandamız 17,800 balla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Rusiya komandası 17,750 balla ikinci, Rumıniya yığması 17,400 balla üçüncü olub.

İdman 2019-05-26 18:25:00