×
A
A
A
Sazlamalar

İraqda üç fransız ölüm cəzasına məhkum edilib

Bakı, 26 may, AZƏRTAC
Bu gün İraqda İŞİD terror qruplaşmasının üzvü olan üç fransız ölüm cəzasına məhkum edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə France-Press agentliyi Bağdaddakı məhkəmə mənbəyinə istinadla məlumat yayıb. Kevin Qono, Leonard Lopez və Səlim Maçu adlı bu şəxslər Suriyada İŞİD-ə qarşı əməliyyatların gedişində tutulmuşdular. Onlar daha 9 fransızla birlikdə fevral ayında İraqa göndərilmişdi.
Mühakimə olunanların məhkəmə hökmündən apellyasiya şikayəti vermək üçün 30 gün vaxtları var.

 

Dünya 2019-05-26 17:47:00