×
A
A
A
Sazlamalar

Aerobika gimnastikası üzrə Avropa çempionatı: daha bir neçə proqramda qaliblər müəyyənləşib

Bakı, 26 may, AZƏRTAC

Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında böyüklər arasında aerostep, fərdi qadın, fərdi kişi proqramları və qarışıq cütlüklər arasında yarışlarda qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, iki komandanın təmsil olunduğu aerostep proqramında rusiyalı gimnastlar 17,700 balla birinci, Ukrayna təmsilçiləri 16,400 balla ikinci olublar.
Qadınların fərdi proqramında Rusiya təmsilçisi Yekaterina Pıxtova (21,350 bal) birinci yeri tutub. İkinci yerə Rusiyanın digər təmsilçisi Tatyana Konakova (21,350 bal) və Bolqarıstan gimnastı Darina Paşova (21,200 bal) layiq görülüblər. Kişilərin fərdi proqramında Roman Semyonov (22,150 bal), Timur Kulayev (hər ikisi Rusiya, 21,650) və Antonio Papazov (Bolqarıstan, 21,300 bal) ilk üç yerə sahib olublar.
Qarışıq cütlüklərin yarışında isə macarıstanlı Bali Daniel və Fanni Mazas cütlüyü qalib olub (22,300 bal). Sonrakı iki yeri Mehmet Erkoş və Ayse Bequm (Türkiyə, 21,900 bal), Dasian Barna və Andrea Boqati (Rumıniya, 21,750 bal) cütlükləri tutub.
Qeyd edək ki, qitə çempionatında böyük gimnastlar üçlük, qrup və aerodans yarışlarının finalında mübarizəni davam etdirirlər.

İdman 2019-05-26 17:25:00