×
A
A
A
Sazlamalar

Aerobika gimnastikası üzrə Avropa çempionatında aerodans, qrup və üçlük proqramlarının qalibləri mükafatlandırılıb

Bakı, 26 may, AZƏRTAC
Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənclər arasında üçlük, qrup və aerodans proqramlarında mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, üçlük proqramında ilk üç yerin sahiblərinə (Rusiya-2, Rumıniya, Rusiya-1) mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov, aerobika gimnastikası üzrə Texniki komitənin üzvü Vladislav Oskner və aerobika gimnastikası üzrə Azərbaycan yığmasının məşqçisi Cəmilə İsmayılova təqdim ediblər.
Qruplar arasında (Rusiya, İtaliya və Macarıstan) qalibləri UEG-in İcra komitəsinin üzvü Andrey Rodionenko, UEG-in aerobika gimnastikası üzrə Texniki komitəsinin üzvü Lefki Ferentino və Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə komitəsinin üzvü Rafiq Behbudov mükafatlandırıblar.
Aerodans proqramında ilk üç yeri tutan komandalara (Rusiya, Rumıniya, Macarıstan) mükafatları isə UEG-in vitse-prezidenti Mişel Butar, UEG-in aerobika gimnastikası üzrə Texniki komitəsinin üzvü Alina Draqan və yarışların direktoru Natalya Bulanova təqdim ediblər.

İdman 2019-05-26 15:00:00