×
A
A
A
Sazlamalar

Rusiya gimnastı Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında fərdi qadın proqramında qızıl medal qazanıb

Bakı, 26 may, AZƏRTAC
Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənclər arasında fərdi qadın proqramında yarışlara yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Rusiya təmsilçisi Anastasiya Dmitriyeva 20,700 bal nəticə ilə qızıl medal qazanıb. İkinci yeri 20,550 balla Rusiyanın digər gimnastı Darya Tixonova tutub. Üçüncü yerə isə 20,550 balla ukraynalı gimnast Anastasiya Kuraşvili layiq görülüb.
Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

İdman 2019-05-26 11:39:00