×
A
A
A
Sazlamalar

İngiltərənin əfsanəvi “Spice Girls” qrupu konsert turuna çıxıb

London, 26 may, AZƏRTAC
İngiltərənin əfsanəvi “Spice Girls” qrupu konsert turuna başlayıb.
AZƏRTAC xəbər verir ki, qrup konsert turu İrlandiyanın paytaxtı Dublində yerləşən Krok parkından start verib. Viktoriya Bekhem beş nəfərlik qrup üzvləri arasında deyil.
Pop qrupu 1994–2000-ci, 2007–2008-ci və 2012-ci illərdə fasilələrlə fəaliyyət göstərib.
Qrupun ən son çıxışı 2012-ci il London Olimpiya Oyunlarının bağlanış mərasimində olmuşdu.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-05-26 09:29:00