×
A
A
A
Sazlamalar

"Bavariya" Almaniya kubokunun qalibi olub

Bakı, 26 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 25-də Almaniya kubokunun final qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, final oyununda “Bavariya” və "Leyptsiq" komandaları üz-üzə gəlib.
"Olimpiaştadion"da təşkil olunmuş qarşılaşmada Münxen təmsilçisi böyük hesabla qalib gəlib - 3:0.
Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub. Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. “Bavariya” bu mövsüm ölkə çempionluğunu da qazanıb.

İdman 2019-05-26 08:46:00