×
A
A
A
Sazlamalar

Yaponiya sahillərində iki yük gəmisi toqquşub

Tokio, 26 may, AZƏRTAC
Yaponiyanın şərq sahillərində, Sakit okean sularında iki yapon yük gəmisi toqquşub.
AZƏRTAC xəbər verir ki, gecə saat 2 radələrində baş verən hadisə nəticəsində dörd nəfər itkin düşüb.
Bildirilir ki, qəza Çiba prefekturasının İnubosaki şəhərindən 12 kilometr məsafədə baş verib. Hadisə nəticəsində gəmilərdən biri batıb. Qəza baş verən anda həmin gəmidə 5 nəfər heyət üzvü olub, hazırda itkin düşən dörd nəfərin axtarışları davam etdirilir.
Sahil Mühafizəsi Xidmətinin bildirdiyinə görə, qəza baş verən rayonda gecə vaxtı sıx duman olub.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-05-26 08:05:00