"Qalatasaray" klubu Fateh Tərimlə yeni müqavilə imzalayıb
Bakı, 26 may, AZƏRTAC
Mayın 25-də İstanbulun "Qalatasaray" klubu çempionluğunu qeyd edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bununla bağlı təşkil olunan mərasimdə klub rəhbərliyi baş məşqçi Fateh Tərim ilə beş illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Qalatasaray" Türkiyə Superliqasında ilk dəfə 34 turda 69 xal toplayaraq ən az xalla çempion olan komanda kimi tarixə düşüb.
Xatırladaq ki, Fateh Tərim 2017-ci ildən İstanbul klubunu çalışdırır.
“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır
İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm
Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək
Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir
"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir