×
A
A
A
Sazlamalar

Atletika üzrə paytaxt birinciliyinə yekun vurulub

Bakı, 26 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən böyüklər arasında atletika üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda səkkiz komandanın heyətində 100-dən çox atlet iştirak edib.
Yarışlarda oğlanlar arasında uzunluğa tullanmada Yadulla İbrahimov, üçtəkanla tullanmada Rüstəm Məmmədova, hündürlüyə tullanmada Aydın Bədəlov, lövhə atmada Nurməmməd Babayev, nüvəitələmədə İsmayıl Əliyev, nizə atmada isə Orxan Qasımov qalib adını qazanıblar.
Qızlar arasında isə uzunluğa tullanmada Yelena Pextereva, üçtəkanla tullanmada Yekatirina Sarıyeva, hündürlüyə tullanmada Ləman Hüseynova, nüvəitələmədə Günel Hüseynova, nizə atmada Könül Əliyeva birinci yerə layiq görülüblər.
Qaçış növləri üzrə oğlanların yarışında Ramiz Məlikov (100 m), Rahib Məmmədov (200 m), Teymur Salahzadə (400 m), İlham Abışov (800 m,1500 m), Tural Sadıqlı (3000m) birinci yerdə qərarlaşıblar.
Qızların yarışında isə Zəkiyyə Həsənova (100 m, 200 m), Lamiyə Vəliyeva (400 m), Nika Məmmədova (800 m) və Anna Yusupov (1500m, 3000m) birinci olublar.
Yarışın sonunda qaliblərə medallar və diplomlar təqdim edilib.

İdman 2019-05-26 07:23:00