×
A
A
A
Sazlamalar

Bu gün Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

Vilnüs, 26 may, AZƏRTAC
Mayın 26-da Litvada prezident seçkilərinin ikinci turu və Avropa Parlamentinə seçkilər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, artıq qanuna uyğun olaraq ölkə üzrə bütün seçkiqabağı təbliğat fəaliyyəti dayandırılıb.
Litva vətəndaşları ikinci turda mayın 12-də keçirilən seçkilərdə ən çox səs toplamış iki namizəd arasında seçim edəcəklər. Bunlar müstəqil namizəd, iqtisadçı Gitanas Nauseda və mühafizəkarların namizədi, keçmiş maliyyə naziri, Litva parlamentinin üzvü İnqride Şimonitedir.
Eyni gündə seçicilər həm də Avropa Parlamentinə seçkilərdə öz mövqelərini ifadə edəcəklər.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Dünya 2019-05-26 07:00:00