Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib VİDEO
Qusar, 26 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 25-i axşam saatlarında əsən güclü külək Qusar və Quba rayonlarında ciddi fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək Qusarda E.Güləlyev adına şəhər 2 nömrəli tam orta məktəbin və bir neçə fərdi yaşayış evinin dam örtüyünü uçurub. Bununla yanaşı, bəzi yerlərdə elektrik və rabitə dirəklərini, eləcə də irigövdəli ağacları aşırıb. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Qusarın mərkəzi küçələrindən birində “Nissan” markalı minik avtomobili yıxılan ağacın altında qalıb. Həmin vaxt maşında heç kim olmadığından hadisə nəticəsində xəsarət alan olmayıb.
Qubada da külək ağacı “Niva” markalı maşının üzərinə aşırıb. Xəsarət alan olmayıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq vətəndaşa ziyan vurub.
Hər iki rayonun icra strukturlarının rəhbər şəxsləri, Fövqəladə hallar Komissiyasının üzvləri küləyin daha çox ziyan vurduğu ərazilərə gələrək vəziyyətlə yerində tanış olublar. Fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib