Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İspaniyanın Sevilya şəhərində 700 il ərzində ilk dəfə məscid inşa olunacaq

Madrid, 25 may, AZƏRTAC

İspaniyanın “Sevilya” futbol klubunun əfsanəsi, şəhərin müsəlman icmasının üzvü Frederik Kanute sayəsində Sevilya şəhərində 700 il ərzində ilk məscid inşa olunacaq. Məscidin tikintisi üçün gərəkli olan 300 min avro vəsait keçmiş oyunçunun təşəbbüskarlığı ilə toplanıb.
F.Kanute hələ klubun oyunçusu olanda şəhərdə müsəlmanların müvəqqəti ibadət yerinin xilas edilməsinə təqribən 600 min avro ianə edib.
Sevilyada ilk məscidin tikintisi layihəsində Benjamen Mendi (Mançester Siti) və Abdulaye Dukur (Uotford) kimi futbolçular da iştirak edir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Din 2019-05-25 21:15:00