×
A
A
A
Sazlamalar

Monterey və Lənkəran arasında qardaşlaşmış şəhər münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq

Bakı, 25 may, AZƏRTAC 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Monterey-Lənkəran Dostluq Assosiasiyasının dəvəti ilə mayın 29-dək ABŞ-ın Monterey şəhərində səfərdə olacaq. Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı keçiriləcək görüşlərdə Monterey və Lənkəran şəhərləri arasında yaradılmış qardaşlaşmış şəhər münasibətləri çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq, kənd təsərrüfatı və turizm sahəsində yeni imkanlar dəyərləndiriləcək.

Siyasət 2019-05-25 19:54:00