×
A
A
A
Sazlamalar

“Mahaçqala-Bakı” gecə ekspresi 2019-cu ilin payızında istifadəyə veriləcək

Moskva, 25 may, AZƏRTAC

“Mahaçqala-Bakı” gecə ekspresi 2019-cu ilin payızında istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, Şimali Qafqaz Dəmir Yolunun rəisi Vladimir Pyastolov bunu Dağıstanın rəhbəri Vladimir Vasilyevlə görüşdə bildirib.
V.Pyastolov deyib: “Bu il Bakıya gedən qatarların hərəkət cədvəli tamamilə yenilənəcək. Biz payızda “Mahaçqala-Bakı gecə ekspresi” adlı beynəlxalq marşrut açılması barədə razılığa gəlmişik. Bu marşrutda yeni, rahat yataq vaqonları və əlverişli hərəkət cədvəli tətbiq ediləcək. Biz respublika sakinlərinin, məsələn axşam saat 20:00-da Mahaçqalada rahat vaqonlara minərək təqribən saat 7:00-da Bakıya çatmaları üçün şərait yaradacağıq”.



Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2019-05-25 17:55:00