×
A
A
A
Sazlamalar

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru: Məqsədimiz Avropa bazarlarına çıxmaqdır VİDEO

Paris, 25 may, AZƏRTAC

Azərbaycan Mədəniyyət Mərkəzində səfirliyimizin və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin birgə təşkilatçılığı ilə təşkil edilmiş “Dad Planeti” qastronomiya tədbirində yerli məhsullarımızı təqdim etməkdən çox məmnunuq. Fermer və qida istehsalçılarımızın məhsullarını fransızlara, eləcə də 15 ölkənin diplomatlarına tanıtmaqdan, məhsullarımızın tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilməsindən şərəf duyuruq.
Bu sözləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş “Dad Planeti” qastronomiya tədbirinin iştirakçılarından olan Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakının məqsədi yerli məhsullarımızı tanıtmaq və təşviq etməkdir. “Kənd təsərrüfatı məhsullarımız MDB ölkələri bazarlarına çıxarılır. Ancaq əsas məqsədimiz Avropa bazarına çıxmaqdır. Belə tədbirlərdən istifadə edərək, həm yerli məhsullarımızı tanıdır, həm də xaricdəki alıcılarla əlaqələr yaradırıq”, - deyə L.Məmmədova vurğulayıb.
Qeyd edək ki, tədbirdə Azərbaycandan 40-dan çox kiçik və orta yerli istehsalçının məhsulları nümayiş olunub.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

İqtisadiyyat 2019-05-25 17:34:00

Video