×
A
A
A
Sazlamalar

“Qızıl palma budağı”nın qalibi məlum olacaq

Bakı, 25 may, AZƏRTAC

Məşhur kinorejissor Alexandro Qonsales İnyarritunun rəhbərliyi altında 72-ci Kann festivalının münsiflər heyəti “Qızıl palma budağı”nın sahibini elan edəcək.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, təmtəraqlı mükafatlandırma mərasimi festivalın keçirildiyi sarayda təşkil olunacaq.
Əsas mükafat uğrunda keçən ildəki kimi 21 film mübarizəyə qoşulub. Onlardan çoxu Avropanı təmsil edir. Ekspertlərin fikrinə görə qələbəyə daha çox şansı olan Pedro Almodovarın “İztirab və şöhrət” (Dolor y gloria) filmidir. Son həftədə bu film kinoekspertlərin reytinq cədvəlində öndə duranlardandır. Ekran əsəri kinorejissorun həyatından bəhs edir. Bu filmdə tamaşaçılar Antonio Banderası və Penelope Kruzu görə biləcəklər.
Xatırladaq ki, əvvəllər Almodovar Kann kinofestivalında ən yaxşı rejissorluq (1999) və ən yaxşı ssenari (2006) nominasiyalarını qazanıb.

Mədəniyyət 2019-05-25 17:21:00