Kənd təsərrüfatı naziri Lənkəranda vətəndaşları qəbul edəcək
Bakı, 25 may, AZƏRTAC
Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 30-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran və Astara rayonlarının sakinləri ilə görüşəcək. Həmin gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-205-44-24), Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-408-52-62) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb